AZ

Rusiyada ticarət mərkəzində silahlı insident -3 nəfər yaralanıb

Mıtişidəki (Rusiya) “Krasnıy Kit” ticarət mərkəzində ziyarətçi ilə mühafizəçilər arasında münaqişə atışma ilə nəticələnib.

İki sahil” xəbər verir ki, bu barədə TASS-a Moskva vilayəti Prokurorluğunun mətbuat xidməti məlumat verib.

Bildirilib ki, ticarət mərkəzinin təhlükəsizlik işçiləri həmin şəxsi binaya buraxmayıblar. Mübahisə zamanı o, asayiş keşikçilərinin üzərinə qaz balonunu vurub, daha sonra ticarət mərkəzini tərk edib. Lakin tezliklə travmatik tapança ilə geri qayıdıb və ondan bir neçə dəfə atəş açıb.

Məlumata görə, baş verən insident zamanı 3 nəfər xəsarət alıb.

Atəş açan şəxs saxlanılıb.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Seçilən
67
ikisahil.az

1Mənbələr