Müğənni Nura Suri, sosial media hesabında Hacı Vəliyev adlı şəxsin onun valideynləri ilə bağlı səsləndirdiyi fikirlərə sərt cavab verib.
Yenisabah.az xəbər verir ki, Nura Hacı Vəliyevin 44 günlük müharibə iştirakçısı olduğunu, lakin valideynlərini tanımadığını qeyd edib. Hacı Vəliyev sosial şəbəkədə yazdığına görə, Nura Suri’nin valideynləri haqqında belə deyib: “Xanlar Səttarov və Firəngiz Səttarova kimdir? Onları heç kəs tanımır. Ananız əlil deyil, saxta əlillik alıb.”
Nura buna münasibət bildirərək, belə yazıb: “Heyifsilənə də bilmirəm, çünki valideyinlərim fəxr olunası insanlardır. Deyir ki, soruşaq görək, sizin valideynlərinizi kim tanıyır. Haqqımda istədiyinizi yazırsınız, mən susuram, amma valideynlərim haqqında artıq-əskik danışmağa heç birinizin haqqı yoxdur! Öz qəhrəmanlarını tanımayan və onlara hörmət etməyən insanların nə insaniyyəti, nə də vətənpərvərliyi ola bilər”.
Telegram kanalımız