Nyu Dehlidə 4.3 bal gücündə zəlzələ baş verib.
Parol.az xəbər verir ki, bu barədə ölkənin Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələnin ocağı 5 km dərinlikdə yerləşib. Yeraltı təkanlar bir neçə saniyə davam edib və sakinlər arasında çaxnaşma yaradıb, çoxları evlərini tərk edərək küçələrə qaçıb.
Dağıntı və tələfat barədə məlumat yoxdur.