AZ

Edip Akbayram vəfat etdi - Video

Məşhur türkiyəli müğənni Edip Akbayram müalicə aldığı xəstəxanada 75 yaşında dünyasını dəyişib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda İstanbul Sağlamlıq Müdiri Dos. Dr. Abdullah Emre Güner sosial media hesabında açıqlama yayıb.

Bildirib ki, ölkənin dəyərli sənətçilərindən Edip Akbayramın təxminən 2 aydır müalicə aldığı Haydarpaşa Nümunə Təhsil və Araşdırma Xəstəxanasında bütün tibbi müdaxilələrə baxmayaraq həyatını itirdiyini açıqlayıb.

“Mərhuma Allahdan rəhmət diləyir, ailəsinə, sevənlərinə və sənət ictimaiyyətinə başsağlığı verirəm”.

Qeyd edək ki, sənətçi yanvarın 9-da yataqdan yıxılması nəticəsində daxili qanaxma şübhəsi ilə Səhiyyə Elmləri Universiteti Haydarpaşa Nümunə Təhsil və Araşdırma Xəstəxanasın yerləşdirilib. Bir gün sonra əməliyyat olunub.

Sənətçinin “Aldırma gönül”, “Hasretinle yandı gönlüm”, “Kibar gelin” və s. mahnıları dillər əzbəridir.

Seçilən
33
4
qafqazinfo.az

5Mənbələr