AZ

Papa Fransiskin vəziyyəti stabilləşib

Papaya qeyri-invaziv mexaniki nəfəs aparatı tələb olunmur.

Papa Fransiskin vəziyyəti stabilləşib və onun süni nəfəs aparatına ehtiyacı yoxdur.

Operativ Media xəbər verir ki, bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidməti məlumat yayıb.

"Papaya qeyri-invaziv mexaniki nəfəs aparatı tələb olunmur, yalnız yüksək axınlı oksigen terapiyası tələb edilir", - məlumatda deyilir.

Sənədin mətninə görə, pontifikin hərarəti yoxdur, lakin mürəkkəb klinik mənzərəyə görə proqnoz ehtiyatlı olaraq qalır.

Seçilən
31
operativmedia.az

1Mənbələr