AZ

Təbii kollagen mənbəyi: Süfrənizdən əskik etməyin

Təbii kollagen mənbəyi:

Kollagen bədən üçün vacib bir protein olub, dəri elastikliyini qoruyur, oynaq ağrılarını azaldır və sümük sağlamlığını gücləndirir. Onun çatışmazlığı qırışlar, sallanmış dəri, oynaq və əzələ ağrıları ilə özünü göstərə bilər.

Emlakbazari.az

E-saglam.az kollagen istehsalını artıran təbii qidaları təqdim edir:

Sitrus meyvələri (portağal, naringi) – C vitamini ilə kollagen istehsalına dəstək verir.

Sarımsaq – Tərkibindəki kükürd sayəsində kollagen sintezini artırır.

Yaşıl yarpaqlı tərəvəzlər – Antioksidantlarla zəngin olub, bədənin kollagen istehsalına kömək edir.

Fındıq və toxumlar (qoz, balqabaq tumu, anakardiya) – Sink və mis tərkibli olub kollageni gücləndirir.

Bu qidaları rasionunuza əlavə edərək, təbii kollagen səviyyənizi artırıb, sağlamlığınızı qoruyun.

Tərcümə: Könül Oruc

E-saglam.az 


Seçilən
36
e-saglam.az

1Mənbələr