
Kollagen bədən üçün vacib bir protein olub, dəri elastikliyini qoruyur, oynaq ağrılarını azaldır və sümük sağlamlığını gücləndirir. Onun çatışmazlığı qırışlar, sallanmış dəri, oynaq və əzələ ağrıları ilə özünü göstərə bilər.

E-saglam.az kollagen istehsalını artıran təbii qidaları təqdim edir:
Sitrus meyvələri (portağal, naringi) – C vitamini ilə kollagen istehsalına dəstək verir.
Sarımsaq – Tərkibindəki kükürd sayəsində kollagen sintezini artırır.
Yaşıl yarpaqlı tərəvəzlər – Antioksidantlarla zəngin olub, bədənin kollagen istehsalına kömək edir.
Fındıq və toxumlar (qoz, balqabaq tumu, anakardiya) – Sink və mis tərkibli olub kollageni gücləndirir.
Bu qidaları rasionunuza əlavə edərək, təbii kollagen səviyyənizi artırıb, sağlamlığınızı qoruyun.
Tərcümə: Könül Oruc