AZ

Super Liqa: “Qalatasaray” xal itirdi, “Fənərbaxça” qalib gəldi

Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2024/2025-ci illər mövsümünün 26-cı turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə üçüncü qarşılaşma baş tutub.

Dörd qolun qeydə alındığı “Rizəspor” – “Alanyaspor” matçında meydan sahibləri inamlı qələbəyə seviniblər. Lider “Qalatasaray” “Kasımpaşa” ilə 6 qolluq səfər oyununda xal itkisi ilə üzləşib. Liderin əsas izləyicisi “Fənərbaxça” isə “Antalyaspor”la ev oyununda 3 cavabsız qola sevinib.

26-cı turun qalan görüşləri martın 3-də keçiriləcək.

Türkiyə, Super Liqa
26-cı tur
1 mart

Adana Dəmirspor – Bodrumspor 0:0

Beşiktaş – Konyaspor 2:0
Qollar: Joao Mario, 45. Semih Kılıçsoy, 90+7-pen.

2 mart

Rizəspor – Alanyaspor 3:1
Qollar: Gezzal, 46. Sou, 71. Olavoyin, 85 – Şporar, 65-pen.

Kasımpaşa – Qalatasaray 3:3
Qollar: Ben Uanes, 52. Brekalo, 61. Hayradinoviç, 85-pen – Osimhen, 12-pen; 71. Lemina, 69.

Fənərbaxça – Antalyaspor 3:0
Qollar: M.Müldür, 9. Tadiç, 26. En Nesiri, 30.

3 mart

17:00. Qaziantep – Eyüpspor
17:00. Konyaspor – Trabzonspor
21:30. Başakşəhər – Sivasspor
21:30. Göztəpə – Samsunspor

Seçilən
29
1
arena.az

2Mənbələr