AZ

Meyiti tapılan oğlan bu kollecin tələbəsi olub - YENİLƏNİB

İsmayıllı şəhərində kirayə qaldığı evdə meyiti tapılan gənc tələbə olub.

Modern.az xəbər verir ki, 2007-ci il təvəllüdlü Rahib Elnur oğlu Əliyevin dəm qazından öldüyü güman edilir.

O, İsmayıllı Humanitar Kollecinin tələbəsi olub.

***

19:50

İsmayıllıda 18 yaşlı oğlan ölü tapılıb.

Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə İsmayıllı şəhərində qeydə alınıb.

Kirayədə yaşayan Ağdam rayon sakini, 2007-ci il təvəllüdlü Əliyev Rahib Elnur oğlu yaşadığı evin hamamında ölüb tapılıb.

Ölümün səbəbi hələlik bilinmir.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
39
modern.az

1Mənbələr