AZ

“Fənərbaxça” növbəti qələbəsini qazanıb

Türkiyə Super Liqasında XXVI turun görüşləri davam edir.

Apasport.az xəbər verir ki, günün son matçında "Fənərbaxça" evdə "Antalyaspor"u qəbul edib.

Görüşə yaxşı başlayan ev sahibləri rəqibini 3 cavabsız qolla məğlub etməyi bacarıb - 3:0.

Bu qələbə ilə xallarının sayını 61-ə çatdıran "sarı-lacivərdlilər" lider "Qalatasaray" ilə aralarındakı xal fərqini 4-ə endirib.

Seçilən
43
apa.az

1Mənbələr