Almaniyanın xarici işlər naziri Annalena Berbok ABŞ prezidenti Donald Trampı ABŞ-la əlaqələri kəsməklə hədələyib.
Parol.az xəbər verir ki, almaniyalı diplomatın bu reaksiyası ABŞ liderinin ukraynalı həmkarı Volodimir Zelenski və Ukrayna-Rusiya münaqişəsi ilə bağlı açıqlamaları fonunda gəlib.
“Biz amerikalılara təzyiqi artıracağıq ki, onlar Avropanın liberal demokratiyasını dəstəkləməyi dayandıracaqları təqdirdə itirəcəkləri çox şeyin olduğunu başa düşsünlər”, - diplomat bildirib.