Avropa Komissiyasının Prezidenti Ursula von Der Leyen Ukraynaya mart ayında 3,5 milyard avro məbləğində yeni yardım tranşını köçürəcəyinə söz verib.
Parol.az xəbər verir ki, bu barədə Aİ lideri Kiyevdə çıxışı zamanı bildirib.
"Avropa Ukraynanı kritik günlərdə gücləndirmək üçün buradadır. Mən elan edə bilərəm ki, Ukraynaya 3,5 milyard avroluq yeni yardım tranşı mart ayında gələcək", - deyə o vurğulayıb.