ABŞ prezidenti Donald Tramp ölkədə iş yeri açacaq xarici investorlara yaşayış icazəsi və vətəndaşlığa imkan yaradan qızıl kartı 5 milyon dollara satacaqlarını açıqlayıb.
Parol.az xəbər verir ki, bununla bağlı sərəncam imzalayan Tramp daha sonra mətbuata açıqlama verib.
“Bu kart üçün təxminən 5 milyon dollar qiymət təyin edəcəyik və bu sizə yaşıl kart imtiyazları verəcək, həm də vətəndaşlığa keçid olacaq”, - deyə o bildirib.