AZ

Messi yoxdusa, Suares var

“İnter Mayami” ABŞ çempionatında növbəti oyuna çıxıb.

Futbolpress.az xəbər verir ki, sözügedən komanda “Hyuston Dinamo” ilə qarşılaşıb. Matç “İnter Mayami”nin 4:1 hesablı qələbəsiylə başa çatıb.

Lionel Messi bu görüşdə iştirak etməyib. Komandanın qollarını Telasko Seqoviya (2), Tade Allende və Luis Suares vurub. Suares eyni zamanda üç məhsuldar ötürmə ilə yadda qalıb.

“İnter Mayami” 2 turdan sonra 4 xalla 6-cı sıradadır.

Seçilən
30
futbolpress.az

1Mənbələr