Azərbaycanda siqaret bahalaşıb.
Bu gündən etibarən Azərbaycanda bəzi tütün məmulatlarının qiyməti artıb.
Operativ Media xəbər verir ki, bu barədə məlumatı siqaret satışı ilə məşğul olanlar veriblər.
Bildirilib ki, siqaret satışı ilə məşğul olan şirkətlər "LD", "Winston" və "Sobranie" markalı siqaretlərin (həmçinin bir neçə çeşidinin) qiymətini 0.20 AZN qaldırıb.
"Kent" markalı siqaretlərin də bahalaşacağı gözlənilir.