Bakı. Trend:
İl ərzində şəxsiyyət vəsiqəsi, yaşayış yeri və olduğu yer üzrəqeydiyyatla əlaqədar Ombudsmanın ünvanına daxil olmuş şikayətlərəsas etibarilə polis orqanlarının inzibati binalarının ünvanı üzrəqeydiyyatda olan şəxslərin qeydiyyatdan çıxarılması, yaşayış yeriolmayan şəxslərin müvafiq sərəncama uyğun olaraq polis orqanlarınıninzibati binalarının ünvanı üzrə qeydiyyata alınmalarından imtinaedilməsi halları ilə bağlı olub.
Trend xəbərverir ki, bu məlumat Milli Məclisin İnsan hüquqları komitəsinin bugün keçirilən iclasında müzakirə edilən insan hüquqlarınınqorunması haqqında İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın)2024-cü il üzrə məruzəsində öz əksini tapıb.
Məruzədə bildirilib ki, həmin şikayətlər üzrə qanunvericilikləmüəyyən olunmuş qaydada araşdırmalar aparılaraq qanunamüvafiqtədbirlərin görülməsi təmin edilib.
“Bir sıra hallarda qeydiyyatdan çıxarılmış şəxslərin şəxsiyyətvəsiqələrinin etibarsız olması əmək müqavilələrinin bağlanmasını,təhsil müəssisələrinə qəbulu, tibbi və digər xidmətlərdənistifadəni mümkünsüz edir ki, bu da nəticə etibarilə həminşəxslərin sosial təminat, sağlamlığın qorunması, təhsil və digərhüquqlarının məhdudlaşdırılmasına səbəb olur.
Yeri gəlmişkən, bir çox insanların yaşayış yeri və olduğu yerüzrə qeydiyyatla əlaqədar üzləşdikləri problemlərin aradanqaldırılması və onların öz hüquqlarından yetərincə istifadəetmələrinə şərait yaradılması məqsədilə özbaşına tikililərin vəyeni tikililərdə olan mənzillərin dövlət qeydiyyatına alınmasıprosesinin sürətləndirilməsi zəruridir.
Qeyd edilənlərlə yanaşı, yaşayış yerinin alqı-satqısı zamanıyeni mülkiyyətçi tərəfindən həmin ünvana əvvəllər qeydiyyatagötürülmüş şəxslərin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasınınməhkəmədənkənar sadələşdirilmiş mexanizminin (yeni mülkiyyətçininərizəsi əsasında) tətbiqi ilə bağlı “Yaşayış yeri və olduğu yerüzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinə müvafiqdəyişikliyin edilməsi də məqsədəmüvafiqdir.
Doğumun qeydə alınması, qeydiyyat barədə məlumatların müvafiqelektron sistemə yerləşdirilməsi, habelə yeni doğulmuş uşaqlaravalideynlərin istəyinə uyğun adların verilməsi məsələləri dəazadlıq hüququnun təmin edilməsinə əhəmiyyətli dərəcədə təsir edənamillərdəndir. Ombudsmana ünvanlanmış bu qəbildən olan müraciətlərüzrə də araşdırmalar aparılıb və qanunamüvafiq tədbirləringörülməsi təmin edilib”, - deyə məruzədə qeyd edilib.