AZ

Penitensiar Xidmətin Müalicə Müəssisəsində müayinə avadanlıqları yoxdur – Ombudsman

Bakı. Trend:

Müəssisələrdəki sıxlıq problemi tibbi müayinə və müalicədəgecikmə hallarına da səbəb olur.

Trend xəbərverir ki, bu məlumat Milli Məclisin İnsan hüquqları komitəsinin bugün keçirilən iclasında müzakirə edilən insan hüquqlarınınqorunması haqqında İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın)2024-cü il üzrə məruzəsində öz əksini tapıb.

Məruzədə bildirilib ki, 2024-cü il ərzində Penitensiar XidmətinMüalicə Müəssisəsinə gətirilmiş məhkumların və təqsirləndirilənşəxslərin ilkin müayinələrdən (rentgen, laborator, USM) keçirilməsivə aidiyyəti üzrə müalicə şöbələrinə köçürülməsi əsas etibarilə 3-4gün çəkib.

“Müayinəsi yekunlaşmış bəzi məhkumların köçürüləcəklərişöbələrdə mövcud olan sıxlıq səbəbi ilə bir müddət müəssisəninqəbul şöbəsində saxlanılması ciddi narahatlıq doğuranməqamlardandır.

Müəssisədə Kompüter Tomoqrafiyası (KT) və Maqnit-RezonansTomoqrafiyası (MRT) müayinələrinin həyata keçirilməsi üçün müvafiqavadanlıqların olmaması xüsusi vurğulanmalıdır. Təcili MRT, KT,biopsiya kimi müayinələrə ehtiyac duyulan xəstələrin həminmüayinələrdən digər tibb müəssisələrində keçirilməsi işinintəşkilində də ləngimələr müşahidə olunur.

Məsələn, 19.04.2024-cü il tarixdə Müalicə Müəssisəsinə daxilolmuş, 22.04.2024-cü il tarixdə isə kəskin radikulopatiya diaqnozuilə həmin müəssisənin nevrologiya şöbəsinə göndərilmiş məhkuma MRTmüayinəsindən keçiriləcəyi barədə məlumat verilsə də, 22.05.2024-cüil tarixə qədər zəruri tədbirlər görülməyib.

Sıxlıq probleminin tibbi xidmətlərə çatımla bağlı mənfitəsirlərinin aradan qaldırılması məqsədilə, xüsusən də istintaqtəcridxanalarında saxlanılan şəxslərin sayının çox olması nəzərəalınaraq həm tibbi heyət, həm də dərman və digər tibbiləvazimatların müəssisənin saxlanma limitinə deyil, saxlanılanşəxslərin faktiki sayına uyğunlaşdırılması zəruridir”, - deyəməruzədə qeyd edilib.

Məqalədə:
Seçilən
40
1
az.trend.az

2Mənbələr