AZ

BƏƏ süni intellekt üçün 50 milyard dollarlıq fond ayıracaq

Yazını böyüt
Yazını kiçilt

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) milli təhlükəsizlik müşaviri Şeyx Tahnoun bin Zayed əl-Nahyan süni intellekt dünyasındakı hərəkətləri ilə diqqət çəkir.

Hafta.az-ın yazdığına görə, “Wall Street Journal” Nahyanın Apple, Microsoft və BlackRock rəhbərləri, Mark Zukerberq və İlon Mask kimi milyarderlərlə görüşərək texnologiya dünyasında ad çıxardığını yazır.

56 yaşlı məsləhətçi ümumi dəyəri 1,4 trilyon dollar olan iki sərvət fonduna nəzarət edir.

Xəbərdə Nahyanın rəhbərlik etdiyi yeni süni intellekt fondu MGX-nin həm şəxsi sərvətindən, həm də fonddan 50 milyard dollarlıq investisiya ilə dəstəklənəcəyi bildirilir.

Nahyanın nəzarətindəki digər texnologiya şirkəti olan Group 42 də süni intellekt proqramlarına milyardlarla dollar xərcləməyə hazırlaşır.

MGX, SoftBank və OpenAI tərəfindən idarə olunacaq Ağ Evdə elan edilən 100 milyard dollarlıq məlumat mərkəzi layihəsi “Stargate”i dəstəkləyən bir neçə firma arasındadır.

Xəbərdə Çinli mühəndislər tərəfindən hazırlanmış süni intellekt dəstəkli söhbət botu DeepSeek-in yaratdığı şoka diqqət çəkilərək, "Süni intellektə bu qədər pul xərclədiyimiz üçün çox riskli bir dövrdən keçirik" ifadəsi işlədilir.

Bununla belə, Nahyanın rəqiblərindən fərqli strategiya izlədiyi qeyd edilir. Bildirilir ki, o, nəzarəti altındakı vəsaitdən BƏƏ-ni süni intellekt texnologiyasında qlobal mərkəzə çevirmək üçün istifadə edib. Məlumata əsasən, çip fabrikləri, məlumat mərkəzləri və süni intellekt şirkətləri BƏƏ-yə neft ehtiyatları ilə yanaşı mühüm iqtisadi gələcək qurmağa imkan verəcək.

BƏƏ həmçinin Fransa və İtaliyada süni intellekt layihələrinə ümumilikdə 70 milyard dollar sərmayə qoyacağını açıqlayıb. Bununla belə, ən böyük investisiya Amerikanın süni intellekt şirkətlərinə yatırılacaq.

MGX-nin baş direktoru Əhməd Yahya şirkətin investisiyalarının 70-80 faizinin ABŞ-dakı şirkətlərə yatırılacağını bildirir.

Seçilən
46
hafta.az

1Mənbələr