AZ

Los-Ancelesdə  2025-ci il “Oskar” mükafatlandırma mərasimi keçirilib

Oxuməni.az film mükafatı saytına istinadən xəbər verir ki, Los-Ancelesdə Kino Akademiyasının 97-ci “Oskar” mükafatlandırma mərasimi baş tutub.

“Oskar” mükafatının qalibləri bunlardır:

Baş rolda ən yaxşı aktyor: Edrian Broudi (“Brutalist”).

Baş rolda ən yaxşı aktrisa: Mayki Medison (“Anora”).

Ən yaxşı ikinci plan aktyoru: Amerikalı aktyor Kirian Kalkin (“True Pain”).

Ən yaxşı ikinci plan qadın rolu: Zoi Saldana (“Emilia Perez”)

Ən yaxşı film - "Anora"

Ən yaxşı xarici film - "Mən hələ də buradayam".

Ən yaxşı sənədli film - "Başqa torpaq yoxdur"

Ən yaxşı qısametrajlı sənədli film - Molli O'Brayn tərəfindən "Qrupdakı yeganə qız".

Ən yaxşı bədii cizgi filmi - "Axın. Yer üzündəki sonuncu pişik".

Ən yaxşı qısametrajlı cizgi filmi - "Sərv ağacının kölgəsində"

Ən yaxşı qısametrajlı bədii film - "Mən robot deyiləm".

Ən yaxşı rejissor: Şon Beyker (“Anora”).

Ən yaxşı operator: Lol Krouli (“Brutalist”).

Ən yaxşı orijinal ssenari - "Anora"

Ən yaxşı adaptasiya ssenarisi - "Konklav".

Ən yaxşı sənət rejissorluğu: "Wicked: The Enchantress"

Ən yaxşı kostyum dizaynı - "Wicked: The Enchantress"

Ən yaxşı makiyaj və saç düzümü - "Substansiya".

Ən yaxşı vizual effektlər – “Dyuna: İkinci hissə”.

Ən yaxşı montaj - "Anora".

Ən yaxşı səs - "Dyuna: İkinci hissə".

Ən yaxşı orijinal musiqi: Daniel Blumberq (Brutalist)

Ən yaxşı mahnı - El Mal ("Emilia Perez").

Qeyd edək ki,Kino Sənətləri və Elmləri Akademiyasına qlobal kino sənayesinin 10 500-dən çox üzvü, eləcə də tanınmış muzey, film kolleksiyası və dünya şöhrətli kino mükafatları daxildir.

1940-cı illərdən etibarən Akademiya Mükafatları “Oskar” adlanır. O, 1929-cu ildə yaradılıb və ənənəvi olaraq filmlərin yaradılmasında verdikləri töhfələrə görə kino sənəti xadimlərinə verilir. Mükafatlandırma mərasimi hər il Los-Ancelesdə “Dolby” Teatrında keçirilir və dünyanın onlarla ölkəsində canlı yayımlanır.

Almaz Həsənli

Seçilən
34
oxumeni.az

1Mənbələr