AZ

Azərbaycanla dostluq etmək istəyən ölkələrin sayı artır - Bəhruz Quliyev

Yazını böyüt
Yazını kiçilt

"Azərbaycanın balanslı xarici siyasəti onunla dostluq etmək istəyən ölkələrin sayını artırıb. Etibarlılıq, etimad kimi dəyərlərə sahib olan Azərbaycan ikitərəfli əlaqələrində, beynəlxalq təşkilatlar çərçivəsində qurulmuş münasibətlərində qarşılıqlı anlaşma prinsiplərinə, ədalətə, maraqların qorunmasına hörmət edən ölkə imicini qazanıb. Bu səbəbdəndir ki, dünyanın harasında yerləşməsindən asılı olmayaraq müxtəlif qitələrin təmsilçisi olan ölkələr Azərbaycanla əlaqələr qurmaq məqsədilə bizimlə təmasa keçirlər".

Bunu hafta.az-a açıqlamasında SƏS Media Qrupun rəhbəri, siyasi analitik Bəhruz Quliyev deyib.

B.Quliyev Azərbaycana səfər edən Qvineya-Bissau prezidentinin keçirdiyi görüşlərin əhəmiyyətini vurğulayıb:

"Bundan əvvəl Afrika qitəsini təmsil edən Somali prezidenti Azərbaycanda səfərdə idi. Görüşlər, imzalanan sənədlər iki ölkə arasında yeni qurulan əlaqələrin uğurlu olacağından xəbər verir. Çünki hər iki ölkənin bu münasibətlərin qurulmasında istəyi var. Qvineya-Bissau xarici müdaxilələrdən əziyyət çəkən və azadlıq uğrunda daim mübarizə aparan ölkələrdəndir. Azərbaycanın müstəmləkə əleyhinə siyasət yürütdüyünü bütün dünya bilir. Humanist siyasəti ilə Azərbaycan dünyanın kasıb ölkələrinə yardımlar edib. Ölkəmizin pandemiya dövründə vaksin ala bilməyən dövlətlərə yardımı beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilib".

Seçilən
14
hafta.az

1Mənbələr