AZ

Azərbaycanda əmlak sığortası üzrə ödənişlər 25%-dən çox artıb

Bakı. Trend:

Bu ilin yanvar ayında Azərbaycanda fəaliyyət göstərən sığortaşirkətləri tərəfindən əmlak sığortası üzrə sığorta haqlarının həcmi25,5 milyon manat olub.

Trend bubarədə Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə106 min manat və ya 0,4% çoxdur. Belə ki, 2024-cü ilin ilk ayındaAzərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən əmlaksığortası üzrə sığorta haqlarının həcmi 25,4 milyon manat təşkiledib.

Bəhs olunan dövrdə əmlak sığortası üzrə sığorta ödənişlərininhəcmi 3,4 milyon manat olub ki, bu da, illik müqayisədə 692 minmanat, yaxud da 25,5% çoxdur. Ötən ilin yanvarında əmlak sığortasıüzrə sığorta ödənişlərinin həcmi 2,7 milyon manat idi.

Qeyd edək ki, ötən ay əmlak sığortası üzrə toplanılmış 100 manatsığorta haqqı üçün sığorta ödənişi 13,4 manat təşkil edib ki, bu daillik müqayisədə 2,7 manat çoxdur. Ötən ilin eyni dövründə buməbləğ 10,7 manat idi.

Xatırladaq ki, bu ilin yanvar ayında Azərbaycandakı sığortaşirkətlərinin xətti ilə 163.7 milyon manat sığorta haqqı yığılıb.Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 17,6% çoxdur. Eynizamanda, bu ilin yanvar ayında Azərbaycandakı sığorta şirkətlərininxətti ilə 47.6 milyon manat sığorta ödənişi edilib ki, bu daəvvəlki ilin eyni dövrü ilə müqayisədə 22.8% artım deməkdir.

Seçilən
13
4
az.trend.az

10Mənbələr