AZ

HƏMAS girovları azad etməkdən imtina edərsə, İsrail döyüşləri bərpa edəcək

Fələstinin radikal HƏMAS hərəkatı atəşkəs razılaşmasının birinci mərhələsini uzatmaqdan və bütün girovları azad etməkdən imtina edərsə, İsrail son çarə kimi Qəzza zolağında döyüşləri bərpa etməyi planlaşdırır. Bu barədə “Kan” dövlət televiziya və radio şirkəti məlumat yayıb.

Məlumata görə, İsrail tərəfi HƏMAS-a qarşı təzyiqləri mərhələli şəkildə artırmaq niyyətindədir, bundan əlavə, Qəzza zolağına humanitar yardımın daxil olmasını dayandırmaqdır. İsrail bundan sonra Qəzza əhalisinin şimaldan cənuba təxliyyə ediləcəyini elan edə və lazım gələrsə, Fələstin anklavına elektrik enerjisinin verilməsini tamamilə kəsə bilər. "Kan" qeyd edir ki, sonuncu planlaşdırılan tədbir ABŞ tərəfindən təchiz edilmiş daha ağır silahlardan istifadə etməklə döyüş əməliyyatlarına qayıtmaqdır.

Yanvarın ortalarında İsrail və HƏMAS hərəkatı Misir, Qətər və ABŞ-ın vasitəçiliyi ilə Qəzzada yanvarın 19-da qüvvəyə minən atəşkəs rejiminin tətbiqi barədə razılığa gəliblər. Müqavilənin icrasının birinci mərhələsi 42 gün ərzində tamamlanıb, sektordan 33 girov İsrailə qaytarılıb. Bunun müqabilində yəhudi dövləti 1500-dən çox fələstinlini həbsdən azad edib, onlardan bəziləri Fələstin ərazilərindən qovulub.

Martın 2-də İsrailin baş naziri Benyamin Netanyahu Qəzza zolağına humanitar yardımın çatdırılmasının dayandırıldığını və bütün keçid məntəqələrinin bağlandığını elan edib. İsrail tərəfinin fikrincə, bu, HƏMAS-ın ABŞ-ın xüsusi elçisi Stiven Vitkoffun anklavda atəşkəsin uzadılması planını qəbul etməkdən imtina etməsi səbəbindən edilib. Netanyahu xəbərdarlıq edib ki, radikallar danışıqlardan imtina etməyə davam etsələr, "daha böyük nəticələrlə" üzləşəcəklər.

Əziz Mustafa, Oxuməni.az

Seçilən
84
7
oxumeni.az

10Mənbələr