Ordubadda dəm qazından kütləvi zəhərlənmə olub.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonunun Ağrı kəndində qeydə alınıb.
Belə ki, dəm qazının sızması nəticəsində 1935-ci il təvəllüdlü Salman Əli oğlu Bağırov, həyat yoldaşı, 1943-cü il təvəllüdlü Mənzər Qasım qızı Bədəlova, gəlinləri, 1961-ci il təvəllüdlü Qızbəsti Əliqulu qızı Zeynalova və qohumları, 1955-ci il təvəllüdlü Rəmziyyə Əvəz qızı Fətəliyeva zəhərləniblər.
Onlar Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinə yerləşdiriliblər.
Həkimlərin müdaxiləsinə baxmayaraq, S.Bağırov ölüb.
Faktla bağlı Ordubad Rayon Prokurorluğunda araşdırma aparılır.