AZ

İsraildə terror hücumu olub - 5 nəfər yaralanıb

İsrailin şimalındakı Hayfada avtovağzalda törədilən terror aktı nəticəsində 5 nəfər yaralanıb. 

Missiya.Az xəbər verir ki, bu barədə İsrail təcili yardım xidmətinin (MDA) mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, onlardan birinin vəziyyəti kritik, üç nəfərin vəziyyəti ağırdır.

“Saat 09:53-də 101 MDA qaynar xəttinə Hayfa avtovağzalında bıçaqlı hücum nəticəsində yaralanan bir neçə qurban barədə məlumat daxil olub”, - deyə qeyd edilib.

Zərintac MayisqızıMissiya.Az

Seçilən
42
missiya.az

1Mənbələr