AZ

Putinə görə narahat olmayın – ABŞ prezidenti Donald Tramp

ABŞ prezidenti Donald Tramp deyib ki, Birləşmiş Ştatlar təcavüzkar ölkə Rusiyanın qeyri-legitim prezidenti Vladimir Putinə görə daha az narahat olmalı, qeyri-qanuni mühacir, narkotik ticarəti və cinayətkarlıqla mübarizəyə daha çox diqqət yetirməlidir.

Amerika lideri bu barədə martın 3-də “Truth” sosial şəbəkəsində yazıb.

Onun fikrincə, “Avropa kimi olmamaq” üçün belə bir yanaşma lazımdır. “Biz Putinlə bağlı daha az narahat olmalıyıq və miqrant təcavüzkarlar, narkobaronlar, qatillər və ölkəmizə daxil olan ruhi müəssisələrdən olan dəstələrdən daha çox narahat olmalıyıq ki, biz də Avropa kimi olmayaq”, – Tramp açıqlamasında bildirib.

//Samir Qurbanov, Editor.az

Seçilən
54
editor.az

1Mənbələr