AZ

Beş ildən sonra bir qrup turist Şimali Koreyaya daxil olub

Beş

Şimali Koreya son 5 ildə ilk dəfə qapılarını qərbli turistlərin üzünə açıb. 13 turist Çin üzərindən quru yolu ilə ölkəyə daxil olub. Lakin turistlər gördükləri mənzərədən təəccübləniblər. Turistlərdən biri deyib ki, Kim Çen Inın rejimi onun səfərini o qədər diqqətlə izləyib ki, hətta tualetdən istifadə etmək üçün icazə istəməli olub.

Reyting.az
bildirir ki, Şimali Koreya 2020-ci ildən bəri ilk dəfə turistlərin ölkəyə daxil olmasına icazə verir. Ölkə COVİD-19 epidemiyasının başlanğıcında özünü karantinə alıb və bununla da azsaylı turistlərin ölkəyə daxil olması qadağan edilib.

Şimali Koreyaya gedən turistlərin mobil telefondan istifadəsinə qadağa qoyulub və internet xidməti də göstərilməyib. Turistlərə broşür paylanıb. Vərəqədə ölkə liderlərini təhqir etməmək, Şimali Koreyanın ideologiyasını ələ salmamaq, onun qeyri-ənənəvi həyat tərzini mühakimə etməmək kimi sərt qaydalar ehtiva olunub.

28 yaşlı britaniyalı YouTuber Mayk Okennedi deyib: “Bir neçə dəfə tualetdən istifadə etmək istədiyimi bildirməli oldum. Dünyanın heç bir yerində bunu demirlər”.

Şimali Koreyaya gedən turistlər qeyd ediblər ki, səkkiz yaşlı uşaqlardan ibarət qrup şəhərə gələn qərblilərə sevinclə mahnı oxuyublar. Bu arada, onlarla ballistik raketin böyük proyeksiya ekranından atıldığı və naməlum bir metropoldakı binaların üzərinə şiddətli bir partlayışla düşdüyü görülüb.

E. KAMAL
Seçilən
63
reyting.az

1Mənbələr