Yevlaxda məktəbli intihar edib.
“Qafqazinfo” xəbər verir ki, rayonun Qoyunbinəsi kəndində yaşayan 2008-ci il təvəllüdlü Rüfət Şirinli özünü yaşadığı evin həyətində asıb.
11-ci sinif şagirdi olan Rüfətin hansı səbəbdən intihar etməsi hələlik məlum deyil.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.