AZ

Közərmə lampalarnın LED lampalarla əvəz edilməsi iqtisadi baxımından faydalıdır – Nazir müavini

Bakı. Trend:

Közərmə lampalarnın LED lampalarla əvəz edilməsi iqtisadibaxımından faydalıdır.

Trend xəbərverir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini VüqarKərimov Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiyakomitəsinin bu gün keçirilən iclasında “Enerji səmərəliliyi:nəticələr və gözləntilər” mövzusunda ictimai müzakirədə çıxışızamanı deyib.

"Energetika Nazirliyi tərəfindən “Enerji resurslarından səmərəliistifadə və enerji effektivliyi haqqında” Qanuna təklif olunanmaddənin əlavə edilməsini məqsədə müvafiq hesab edirik. Enerjisəmərəliliyi proqramlarının qanunvericiliklə konsolidasiyası enerjiistehlakını azaltmaqla müəssisələrin və ev təsərrüfatlarınınxərclərini azaldır", - o bildirib.

O qeyd edib ki, bu, elektrik şəbəkəsinə yükü azaldır.

"Közərmə lampaları böyük enerji sərfiyyatına malikdir vəenerjinin 80 %-ə qədərinin spiralın közərməsinə sərf edilir. Bulampaların daha enerji səmərəli işıq diod (LED) lampaları ilə əvəzedilməsi iqtisadi baxımından faydalıdır.

1 iyun 2024-cü il tarixinə 107 ölkə qanun, siyasət sənədi (NDC,uzunmüddətli inkişaf strategiyası) və yüksək səviyyəli hökumətbəyanatı əsasında 2045-2070-ci illərədək xalis sıfır emissiya (netzero emission) hədəfləri müəyyənləşdirib ki, bu da qlobal istixanaqazı emissiyaların təxminən 82 %-ni əhatə edir”, - deyə nazirmüavini qeyd edib.

Məqalədə:
Seçilən
210
2
az.trend.az

10Mənbələr