AZ

Xaçmaz rayon icra hakimiyyətinə məxsus avtomobil yandı - VİDEO

Xaçmaz şəhərində avtomobil yanıb.

"Unikal"ın Şimal bürosunun məlumatına görə, hadisə Xaçmaz - Niyazoba avtomobil yolunun Xaçmaz şəhəri ərazisindən keçən hissəsində baş verib.

Belə ki, Xaçmaz rayon İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Birliyinə məxsus zibil daşıyan iri tonajlı yük avtomobili yanıb.

Hadisə yerinə FHN-nin Xaçmaz DYMH-nin canlı qüvvəsi və texnikası cəlb olunub.

Hadisə zamanı avtomobilə ciddi ziyan dəyib.

Asiman Qaraca


Mənbə: unikal.az

Seçilən
13
4
unikal.az

10Mənbələr