AZ

İsrail Qəzzaya humanitar yardımın çatdırılmasını qadağan etdi

İsrail Qəzza zolağına humanitar yardımın dayandırıldığını elan edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

İsrailin baş naziri ölkənin atəşkəs razılaşması üzrə öhdəliklərini yerinə yetirdiyini açıqlayıb və martın 2-dən etibarən Qəzza zolağına mal və təchizat girişini dayandırmaq qərarına gəlib.

Netanyahu bildirib ki, HƏMAS birinci mərhələ atəşkəs razılaşmasını pozur və israilli girovları azad etmir.

Netanyahu həmçinin qeyd edib ki, İsrail kəşfiyyatının məlumatına görə, HƏMAS 59 israillini girov saxlamağa davam edir və ən azı 35 girov ölüb.

Seçilən
64
50
operativmm.az

10Mənbələr