AZ

Ötən ay yoxlama aparılan və nöqsanlar aşkarlanan apteklərin sayı məlum olub

Fevralda yoxlama aparılan və nöqsanlar aşkarlanan apteklərin sayı məlum olub.

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi (AEM) fevral ayında 18 aptekdə yoxlama aparıb.

Operativ Media xəbər verir ki, bu barədə AEM məlumat yayıb.

Bildirilib ki, həmin müddətdə Bakı şəhəri üzrə 16, respublikanın digər şəhər və rayonlarında isə 2 aptek olmaqla, 16 aptekdə planlı, 2 aptekdə isə yoxlamadan kənar təftiş aparılıb.

"Yoxlamalar zamanı 3 aptekdə nöqsanlar aşkarlanıb, İnzibati Xətalar Məcəlləsinin 210.1 və 452.3 maddələri üzrə protokollar tərtib edilib", - məlumatda qeyd edilib.

Seçilən
32
38
operativmedia.az

10Mənbələr