AZ

Muxtar Mahmudov müstəqillik dövrünün ən böyük İES-inin istismara veriləcəyi vaxtı açıqladı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Müstəqillik dövrünün ən böyük istilik elektrik stansiyası olan və təməli 2023-cü ildə Prezident İlham Əliyev tərəfindən qoyulan 1280 MQV-lıq stansiyanın tikinti işləri yekunlaşır".
Oxu.Az xəbər verir ki, bunu "Azərenerji" ASC-nin Texniki İstehsalat İdarəsinin rəis müavini Muxtar Mahmudov Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında "Enerji səmərəliliyi: nəticələr və gözləntilər" mövzusunda ictimai müzakirədə çıxışı zamanı deyib.
O bildirib ki, stansiyanın istismara verilməsi may ayına planlaşdırılır:
"Bundan sonra hər il üçün bir milyard kubmetr qaza qənaət ediləcək. Bu da iki milyon ton karbon qazı emissiyasına bərabərdir".
Mərahim Nəsib
Seçilən
147
50
oxu.az

10Mənbələr