AZ

Tanınmış aktyor iflic oldu: Qızı həkimləri ittiham etdi

Dövlət Akademik Musiqili Teatrın aktyoru Möylə Mirzəliyev iflic olub.

Lent.az xəbər verir ki, bu barədə aktyorun qızı Leyla Rəhimli sosial şəbəkədə paylaşım edib.

O bildirib ki, atası fevralın 14-də "EGE Hospital"da spinal stenoz (bel kanalının daralması - red.) diaqnozu ilə əməliyyat olunub.

"Həkim bizə dedi ki, hərəkət qabiliyyətini itirmə ehtimalı 1 faizdir. Əməliyyatdan sonra atam hərəkət qabiliyyətini tamamilə itirdi. Azərbaycan səhiyyəsindən iyrənirəm. Atamı bir başa ölümə tərk etdilər", - deyə o qeyd edib.

Seçilən
80
37
kulis.az

10Mənbələr