Türkiyə liqsında çıxış edən, əfsanəvi qapıçılarından biri olan Fernando Muslera uzun illərdir “Qalatasaray”ın şərəfini qoruyur.

Offsideplus.az xəbər verir ki, təcrübəli qolkiperin Super Liqa karyerasında ən çox qol buraxdığı komanda isə “Kasımpaşa”dır.

Statistikaya görə, Muslera indiyə qədər “Kasımpaşa” ilə keçirdiyi qarşılaşmalarda qapısından 36 qol buraxıb. Bu göstərici, onun liqadakı digər rəqibləri ilə müqayisədə ən yüksək rəqəmdir.

Son qarşılaşma da bu seriyanın davamı olub. Ötən gün keçirilən Super Liqa oyununda “Qalatasaray” və “Kasımpaşa” qarşılaşıb və matç 3-3 hesabı ilə başa çatıb. 

Qeyd edək ki, Muslera 2011-ci ildən bəri “Qalatasaray”ın əsas qapıçısıdır və bu müddətdə komandası ilə bir çox çempionluq və kubok sevinci yaşayıb.