AZ

Yüksək Liqa: “Azərreyl” təxirə salınmış oyunda autsayderi darmadağın edib

Bakı, 3 mart, AZƏRTAC

Kişi voleybolçuların Yüksək Liqasında XII turdan təxirə salınmış oyun keçirilib.

AZƏRTAC xəbər verir ki, həmin matçda “Azərreyl” və “Gənclər” (Sumqayıt) komandaları üz-üzə gəlib.

Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunan görüş “Azərreyl”in 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Meydan sahibləri 28 xalla 3-cü, qonaqlar isə 1 xalla sonuncu – 6-cı pillədə qərarlaşıb.

Seçilən
33
azertag.az

1Mənbələr