Bakı, 3 mart, AZƏRTAC
Kişi voleybolçuların Yüksək Liqasında XII turdan təxirə salınmış oyun keçirilib.
AZƏRTAC xəbər verir ki, həmin matçda “Azərreyl” və “Gənclər” (Sumqayıt) komandaları üz-üzə gəlib.
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunan görüş “Azərreyl”in 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Meydan sahibləri 28 xalla 3-cü, qonaqlar isə 1 xalla sonuncu – 6-cı pillədə qərarlaşıb.