"HONOR" "Earbuds Open" simsiz qulaqlıqlarını təqdim edib.
Valyuta.az xəbər verir ki, cihazın ən diqqət çəkən xüsusiyyəti süni intellekt dəstəkli canlı tərcümə funksiyasıdır. Qulaqlıq 16 mm maqnit sürücü, titanium örtük, 3 mikrofon, hibrid aktiv səs-küy azaldılması (ANC) və məkan səsi dəstəyi ilə təchiz edilib.
Canlı tərcümə rejimi 3 fərqli modda işləyən qulaqlıqlar dinləyici və natiq olaraq bölünə, telefonun dinamikindən istifadə edə və tərcümələr üçün tərcüməçi funksiyasını daşıya bilir. Bundan əlavə, cihaz süni intellekt köməkçisi, çoxlu cihaz bağlantısı və sürətli enerji yığma kimi xüsusiyyətlərə malikdir. 58 mAh batareyası 6 saat, qutusu ilə birlikdə isə 22 saatlıq istifadə imkanı təqdim edir.
Bluetooth 5.2 və IP54 standartına sahib olan qulaqlıq 149 avroya satışa çıxarılıb.
Sərvanə Rəmixanova