AZ

Yüksək Liqa: “Azərreyl” “Gənclər” üzərində asan qələbəyə sevindi

Bu gün kişi voleybolçular arasında təşkil olunmuş Azərbaycan çempionatında (Yüksək Liqa) daha bir oyun keçirilib.

Arena.az xəbər verir ki, 12-ci turdan təxirə salınan oyunda “Azərreyl” yarışın autsayderi “Gənclər”i sınağa çəkib.

Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunmuş qarşılaşmada “Azərreyl” üç setdə asan qələbə qazanıb.

Yüksək Liqa
12-ci turun oyunu
3 mart

“Azərreyl” – “Gənclər” – 3:0 (25:13, 25:18, 25:21)
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzi.

Xallar: Murov – 33. Xilasedici – 29. Azərreyl – 28. Neftçi – 18. MOİK – 5. Gənclər – 1.

Seçilən
42
arena.az

1Mənbələr