AZ

Trüdo yeni anti-Rusiya sanksiyalarını elan edib

Trüdo

Kanadanın baş naziri Castin Trüdo, Rusiyaya qarşı 10 fiziki şəxs və 21 müəssisəyə qarşı sanksiyaların tətbiq edildiyini açıqlayıb.“Ulusum”.az-ın məlumatina görə, mətbuat açıqlaması onun rəsmi saytında dərc edilib.Sənəddə bildirilir ki, bu tədbirləri baş nazir, Londonda keçirilən təhlükəsizlik və Ukraynaya dəstək mövzusunda Avropa sammiti zamanı elan edib. Yeni tədbirlər arasında "hərbi təşkilatlar və onların liderləri" də yer alır.Mətbuat açıqlamasında qeyd olunur ki, bu sanksiyalar, Rusiya ilə xarici şirkətlər arasında əməkdaşlığı maneə törətməli və Rusiyanın Ukraynada öz siyasi və hərbi məqsədlərini irəlilətmək üçün iş birliyini çətinləşdirməlidir. Ümumilikdə, Kanadanın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar 3 mindən çox fiziki şəxs və təşkilatları əhatə edir. Ölkə, bu tədbirlər vasitəsilə Moskva üzərində iqtisadi təzyiqi gücləndirməyə çalışır.

Diqqət Çəkənlər

Hikmət Hacıyev BMT nümayəndəsi ilə görüş keçirib

İlham ƏIiyev Oljas Bektenovu qəbul edib

Közərmə lampalarına qadağa qoyulacaq

Seçilən
41
ulusum.az

1Mənbələr