AZ

"Gürcü Arzusu" növbədənkənar seçkilərin keçirilməsini absurd adlandırıb

“Gürcü Arzusu” partiyasının Baş katibi, Tbilisinin meri Kaxa Kaladze müxalifətin tələb etdiyi növbədənkənar parlament seçkilərinin keçirilməsini absurd adlandırıb.

APA xəbər verir ki, o, bu barədə jurnalistlərə açıqlamasında bildirib.

“Bu, adi cəfəngiyat və absurddur. Mən sizə yüz faiz əminliklə deyə bilərəm ki, seçkilər bir neçə aydan sonra keçiriləcək, Mən Gürcüstan Prezidenti Mixail Kavelaşvilinin təyin edəcəyi yerli özünüidarə orqanlarına seçkiləri nəzərdə tuturam. Növbəti parlament seçkilərinə gəlincə, onlar qanuna uyğun olaraq - 2028-ci ildə keçiriləcək”, - Kaladze vurğulayıb.

Seçilən
55
2
apa.az

3Mənbələr