AZ

Qəzzanın yenidən qurulması üçün xüsusi fond yaradılacaq

Qəzza zolağının yenidən qurulması ilk mərhələdə 2 ilə 5 milyard dollar arasında investisiya yatıracaq xüsusi fonddan maliyyələşdiriləcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.

Misirdəki mənbələrdən əldə edilən məlumata görə, adı açıqlanmayan ərəb ölkələrinin nümayəndələri sözügedən fondun idarəçiliyini boynuna götürəcək.

Ərazinin yenidən qurulmasına “Ərəb-Avropa komitəsi” nəzarət edəcək.

Seçilən
27
operativmm.az

1Mənbələr