Futbol üzrə Misli Premyer Liqasında XXV tur çərçivəsində günün ikinci oyunu Sumqayıtda keçirilib.
Offsideplus.az xəbər verir ki, matç qonaqların qələbəsi ilə başa çatıb. Artıq Vaqif Cavadovun yetirmələri 9-u Premyer Liqada olmaqla, son 11 matçda nə qol vura biliblər, nə də xal qazanıblar.
XXV tur
"Sumqayıt" 0-2 "Qarabağ"
Qollar: Kadi Borqes, 31(0:1); Leandro Andrade, 38 (0:2);
Hakimlər: Rauf Cabarov, Rəhman İmami, Şirmamed Mamedov, Kamran Əliyev
VAR: Kamal Umudlu
AVAR: Rahil Ramazanov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Eldəniz Musayev
M.Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 19:30