Ordubad şəhərində yerləşən “Ərbabın İş Yeri” və tarixi bina əsaslı təmir olunacaq.
Valyuta.Az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi bununla bağlı tender elan edib.
10 aprel 2025-ci ilə qədər davam edəcək tenderin ehtimal olunan qiyməti 2.546.864,80 AZN-dir.
Qeyd edək ki, Nazirlik ötən il sözügedən tarixi binanın təmiri üçün layihə-smeta sənədlərinin hazırlanması ilə bağlı tender elan etmişdi. Tenderin qalibi seçilən "Storm Building" şirkəti ilə 57 500 manatlıq müqavilə imzalanıb.
Rəhim