AZ

“Bu, Zelenskinin verə biləcəyi ən pis bəyanatdır” – Tramp


“Bu, Zelenskinin verə biləcəyi ən pis bəyanatdır və Amerika buna uzun müddət dözməyəcək!”
Yeniavaz.com xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp sosial şəbəkə hesabında yazıb.
“Mən bunu deyirdim, bu adam Amerikanın dəstəyinə sahib olduğu müddətcə sülhün olmasını istəmir və Avropa Zelenski ilə görüşdə açıq şəkildə dedi ki, ABŞ olmadan bu işi görə bilməyəcəklər. Yəqin ki, Rusiyaya qarşı güc nümayiş etdirmək baxımından ən yaxşı bəyanat deyil. Onlar nə düşünür? – Tramp yazıb.
O, martın 3-də “Associated Press”in “Zelenski Rusiya ilə müharibəni bitirməyin “çox, çox uzaqda” olduğunu deyir” xəbərinə link əlavə edib.
Agentlik yazıda Zelenskidən sitat gətirir ki, Ukrayna və Rusiya arasında müharibəyə son qoymaq üçün razılaşma “hələ çox, çox uzaqdır” və o, Ağ Evdə Donald Trampla ictimai qınaqına baxmayaraq, Amerikadan dəstək almağa davam edəcəyini gözləyir.
Seçilən
43
50
yeniavaz.com

10Mənbələr