AZ

Palkin: “İnfantino Ukrayna futboluna kömək etmədi”

Ukrayna futbolunun nəhənglərindən olan Donetsk “Şaxtyor”unun baş direktoru Sergey Palkin FIFA-nın ünvanına yenidən tənqidlə çıxış edib.

Arena.az “The Athletic” dərgisinə istinadən məlumat verir ki, Palkin Ukraynada davam edən hərbi münaqişəyə (Rusiya Federasiyasının hərbi müdaxiləsi) görə, əcnəbi futbolçuların ölkəni tərk etməsinə icarzə vermiş ali futbol qurumunu tənqid atəşinə tutaraq, təşkilatın prezidenti Canni İnfantinoya irad edib:

“FIFA daima car çəkir: “Biz vahid ailəyik”. İndi bu ailə haradadır? Ola bilsin ki, FIFA-nın nöqteyi-nəzərindən Ukrayna “vahid ailə”nin bir hissəsi deyil.

Onların, haqqında danışdıqları müvafiq birliyi biz, münaqişənin başlanması ilə hiss etməli idik. Ancaq biz bunu hiss etmədik, duymadıq. İnfantino Ukrayna futboluna kömək etmədi”, deyə Palkin vurğulayıb.

Cari mövsümdə keçirdiyi 18 oyuna topladığı 39 xalla “Şaxtyor” Ukrayna Premyer Liqasının yarış cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

Ukrayna çempionatına 19 oyundan 47 xalla Kiyev “Dinamo”su başçılıq edir.

Seçilən
41
arena.az

1Mənbələr