AZ

Ərdoğan Ukraynada münaqişənin sülh yolu ilə həllinin vacib şərtini açıqlayıb

Ukraynada nizamlanma həm Kiyevin, həm də Moskvanın iştirakı ilə həyata keçirilə bilər.

Qaziler.az TASS-a istinadla xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Biz Ukraynanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləməyə davam etsək də, düşünürük ki, Rusiya və Ukrayna olmadan mümkün həll yolunun tapılması mümkün olmayacaq”, - Ərdoğan deyib.  

Ərdoğan əlavə edib ki, 3 ildir davam edən hərbi qarşıdurma ərzində Türkiyə hakimiyyəti oda yağ tökmədən onu həll etməyin yollarını tapmağa çalışıb.

QAZİLER.AZ

Seçilən
20
qaziler.az

1Mənbələr