AZ

OPEC+ ölkələri aprel ayından hasilatı artırmağa başlamaq qərarını təsdiqləyib

Bakı. Trend:

2024-cü ilin əvvəlindən neft hasilatını könüllü olaraq sutkada2,2 milyon barel azaldan səkkiz OPEC+ ölkəsi aprel ayındaplanlaşdırılan hasilatın bərpasına başlanmasını yerində saxlamaqqərarına gəlib.

Trend-inməlumatına görə, bu barədə OPEC-in açıqlamasında bildirilib.

Məlumata əsasən, könüllü olaraq hasilatı azaldan ölkələrəRusiya, Səudiyyə Ərəbistanı, İraq, BƏƏ, Küveyt, Qazaxıstan,Əlcəzair və Oman daxildir. Bu ölkələrin nümayəndələri martın 3-dəneft bazarındakı vəziyyəti təhlil etmək üçün onlayn görüşkeçiriblər.

Könüllü istehsal məhdudiyyətlərindən mərhələli çıxış 2025-ciilin aprelindən 2026-cı ilin sentyabrına qədər davam edəcək. Eynizamanda, OPEC+ ehtimal edir ki, hasilatın artımı dayandırıla bilərvə ya ittifaq ölkələri bazardakı vəziyyətdən asılı olaraq yenidənixtisarlara qayıda bilər.

Seçilən
42
4
az.trend.az

6Mənbələr