“Milan” yarımmüdafiəçisi Ticani Reynderslə yeni müqavilə imzalayıb.
QOL.az xəbər verir ki, bu barədə İtaliya klubunun mətbuat xidməti məlumat yayıb. Niderlandlı futbolçunun yeni sözləşməsi 2030-cu ilin yayına kimi nəzərdə tutulub.
Reynders “Milan”da 2023-cü ildən çıxış edir. “AZ Alkmaar”dan transfer olunan 26 yaşlı yarımmüdafiəçi cari mövsüm vurduğu 8 qolla A seriyasında komandasının ən yaxşı yarımmüdafiəçisidir. Ümumilikdə isə bütün turnirlər nəzərə alınmaqla cari mövsüm Ticani Reynders 40 matçda 12 qol vurub, 3 dəfə məhsuldar ötürmə müəllifi olub.