AZ

Böyük Britaniya ABŞ ilə əlaqələri gücləndirməlidir

Böyük Britaniya ABŞ ilə əlaqələri gücləndirməlidir, Baş nazir Keir Starmer bazar ertəsi bildirib

"Aydın olmaq istəyirəm: təhlükəsizliyimiz, texnologiyamız, ticarətimiz və sərmayəmiz üçün ABŞ ilə əlaqələri gücləndirməliyik", - deyə The Guardian onun sözlərindən sitat gətirir.

Starmer Londonun heç vaxt Atlantik okeanının bu və ya digər tərəfi arasında seçim etməyəcəyini qeyd edərək, bu əlaqələri əvəzolunmaz adlandırıb.

Eyni zamanda Böyük Britaniyanın baş naziri bəyan edib ki, o, ABŞ prezidenti Donald Trampın Ukraynadakı münaqişəni dayandırmaq üçün səmimi istəyinə inanır. O, Britaniya parlamentinin üzvlərinə deyib: “Burada heç kim buna bir an belə şübhə etməməlidir”.

Əziz Mustafa, Oxuməni.az

Seçilən
11
1
oxumeni.az

2Mənbələr