AZ

Ümidli Gələcək STİB tərəfindən maarifləndirmə görüşü keçirilib - FOTOLAR

Bakı Biznes Universitetində Ümidli Gələcək STİB tərəfindən maarifləndirmə görüşü keçirilib.

QHT.az xəbər verir ki, Bakı Biznes Universiteti və Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyi arasında əməkdaşlıq çərçivəsində maarifləndirmə görüşü keçirilib. Tədbir, Ədliyyə Nazirliyi və UNICEF-in tərəfdaşlığı ilə həyata keçirilən "Uşaqlara qarşı zorakılığın qarşısının alınması və cavab tədbirləri" layihəsi çərçivəsində Yuvenal Ədliyyə Mərkəzi tərəfindən təşkil edilib.

Görüşdə Mərkəzin psixoloq və sosial işçisi tələbələrə yuvenal ədliyyə sisteminin mahiyyəti, yetkinlik yaşına çatmayanların hüquqları və onların ədliyyə ilə təması zamanı tətbiq olunan hüquqi yanaşmalar barədə məlumat verib. İştirakçılar alternativ tədbirlər, reabilitasiya proqramları və risk qrupundakı azyaşlıların cəmiyyətə inteqrasiyası mövzularında geniş müzakirələr aparıblar.

Sessiya interaktiv formada davam edib, iştirakçılar suallarını ünvanlayaraq cavab alıblar. Yuvenal Ədliyyə Mərkəzi gələcəkdə də maarifləndirmə və təlim fəaliyyətlərini davam etdirəcəyini bildirib. Bu təşəbbüs, həssas qrupların hüquqlarının qorunması, sosial rifahın yaxşılaşdırılması və universitetlə vətəndaş cəmiyyəti arasında əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətli addım kimi qiymətləndirilir.

Seçilən
14
qht.az

1Mənbələr